Bu gün:

Vensin Orbanı dəstəkləməsi seçki gərginliyinin artması ilə yadda qalıb


ABŞ-nin vitse-prezidenti JD Vance Budapeşt səfəri zamanı Macarıstanın baş naziri Viktor Orbanın yenidən seçilməsini dəstəkləyib. Bu addım seçkilərə az qalmış siyasi gündəmi daha da gərginləşdirib.

Vens bildirib ki, ABŞ “kim qalib gəlsə onunla işləyəcək”, lakin səfərinin əsas məqsədinin Orbanın seçki kampaniyasına dəstək vermək olduğunu vurğulayıb. O, həmçinin Avropa İttifaqını seçkilərə müdaxilədə ittiham edib.

Orbanın əsas rəqibi Peter Magyar sorğularda irəlidədir və bu seçkilər baş nazir üçün son illərin ən çətin sınağı hesab olunur.

Vens çıxışında Ukrayna ilə bağlı da ittihamlar səsləndirib, lakin konkret sübut təqdim etməyib.

Seçkilər 12 aprel tarixində keçiriləcək və nəticələrin Macarıstanın beynəlxalq münasibətlərinə ciddi təsir edəcəyi gözlənilir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et