Bu gün:

Artemis II: Ayın görünməyən üzü


NASA tərəfindən həyata keçirilən Artemis II missiyası çərçivəsində astronavtlar Ayın yeni görüntülərini paylaşıblar. Bu görüntülər Ayın indiyədək insan gözü ilə müşahidə olunmamış hissəsini əks etdirir. Xüsusilə Orientale Basin bölgəsi ilk dəfə insanlı missiya zamanı qeydə alınıb.

Astronavtlar Orion spacecraft vasitəsilə Ayın uzaq və nadir görünən tərəfini müşahidə ediblər. Christina Koch bu mənzərəni “möhtəşəm” adlandıraraq, gördüklərinin adi Ay görüntülərindən fərqli olduğunu bildirib. Missiya zamanı həm Ayın səthi, həm də Yer kürəsinin hilal formasında görüntüləri yüksək keyfiyyətlə qeydə alınıb.  Bu missiya insanlığın kosmos tədqiqatında yeni mərhələnin başlanğıcı hesab olunur. Ayın daha əvvəl görünməyən hissələrinin öyrənilməsi gələcək elmi araşdırmalar üçün böyük əhəmiyyət daşıyıb. Eyni zamanda, bu cür görüntülər insanların kainata olan marağını daha da artırıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et