Bildirilib ki, ABŞ-İsrail şiə milis qüvvələrinin Haşd əş-Şaabi İraqın qərbindəki Ənbar şəhərindəki mövqelərinə 7 hava zərbəsi endirib.

İraq xəbər agentliyi İNA-nın Həşdi Şaabi Ənbar Əməliyyat Komandanı Kasım Muslihdən verdiyi xəbərdə ABŞ-İsrail hücumlarının Həşdi Şaabi Ənbar Əməliyyat Komandanlığı və 13-cü Ət-Tufuf Briqadasına qarşı həyata keçirildiyi qeyd edilib.
7 hava hücumunda rabitə vasitələrinin və çoxlu sayda hərbi texnikanın hədəfə alındığı, hədəf alınan ərazilərdə maddi ziyanın olduğu, tələfat olmadığı bildirilib.
Sözügedən hücumla bağlı ABŞ və İsrail tərəfindən heç bir açıqlama verilməyib.
Son günlər ABŞ və İsrail tərəfindən Həşdi Şabi qərargahına qarşı hücumlarda artım müşahidə olunur.
Mənbə: Trt Xəbər
Tərcümə etdi: Nəzrin Nəsirova
