Bu gün:

Əfqanıstanda zəlzələ baş verib


Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində çox sayda insan yaralanıb və yaşayış evlərinə ciddi ziyan dəyib.

Zəlzələdən sonra edilən axtarış-xilasetmə əməliyyatları


24Media.az "Reuters"ə istinadən bildirir ki, zəlzələ bir neçə bölgədə hiss olunub və bəzi ərazilərdə binalar dağılıb. Xilasetmə qrupları hadisə yerinə cəlb olunub və dağıntılar altında qalan insanları axtarır.


Rəsmi qurumlar bildirir ki, yaralıların sayı çoxdur və ölənlərin sayının artacağı ehtimal olunur. Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edərək zərərçəkənlərə yardım göstərməyə başlayıb.


Beynəlxalq təşkilatlar da vəziyyəti izləyərək humanitar yardım göstərməyə hazır olduqlarını bildiriblər.


Hazırda xilasetmə işləri davam edir və zəlzələnin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.


Şehrin Musayeva


Paylaş
Şərh əlavə et