ABŞ prezidenti Donald Tramp bildirib ki, İran üzərində vurulan "F-15E Zərbə Qartalı" döyüş təyyarəsinin itkin düşən ekipaj üzvü uğurlu əməliyyat nəticəsində xilas edilib.

"F15E Zərbə Qartalı" döyüş təyyarəsi
Tramp qeyd edib ki, bu xilasetmə əməliyyatı ABŞ ordusunun ən cəsarətli axtarış və xilasetmə əməliyyatlarından biri olub. İtkin hərbçi İranın dağlıq ərazilərində gizlənərək sağ qalmağa çalışıb və davamlı şəkildə izlənilib.
Məlumata görə, təyyarədə iki ekipaj üzvü olub və hər ikisi təyyarədən atılaraq xilas olmağa çalışıb. Onlardan biri daha əvvəl tapılıb, digərinin tapılması üçün isə genişmiqyaslı əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı ABŞ və İran qüvvələri arasında qarşıdurma baş verdiyi bildirilir. ABŞ tərəfi çox sayda hərbi təyyarə və helikopterdən istifadə edib, İran isə axtarış aparan pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Hadisənin İranın cənubundakı Xuzistan vilayəti və Kohgiluye və Boyer-Əhməd vilayəti ərazilərində baş verdiyi ehtimal olunur.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
