Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi İranda Buşəhr Atom Elektrik Stansiyasına edilən hücumdan dərin narahatlığını ifadə edib.
MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi
MAQATE ABŞ-də yerləşən “X” şirkətinin sosial media hesabında açıqlama yayıb. Bildirilir ki, Buşəhr Atom Elektrik Stansiyasının yaxınlığında bir raket partlayıb və hadisə nəticəsində bir təhlükəsizlik işçisi həyatını itirib.
Hücum zamanı ərazidəki bir bina şok dalğaları və qəlpələrdən təsirlənib, lakin radiasiya səviyyəsində hər hansı artım qeydə alınmayıb.
Qrossi yardımçı obyektlərdə həyati vacib təhlükəsizlik avadanlıqlarının ola biləcəyinə diqqət çəkərək, nüvə qəzası riskinin qarşısını almaq üçün maksimum hərbi təmkinin vacibliyini vurğulayıb. O eyni zamanda, "nüvə obyektləri və ətraf ərazilər heç vaxt hədəf seçilməməlidir", - deyə bildirib.
Məlumatlara görə, Buşəhr Atom Elektrik Stansiyası fevralın 28-dən bəri dördüncü dəfə ABŞ-İsrail hücumlarına məruz qalıb. Hücum nəticəsində stansiyanın təhlükəsizlik işçiləri arasında ölənlər olub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nəzrin Nəsirova
