İran ordusu İranın infrastrukturuna edilən son hücumlara cavab olaraq İordaniya, Küveyt və Bəhreyndə ABŞ ilə əlaqəli hərbi və logistik hədəflərə dron zərbələri endirib.

24media.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Mehr" Agentliyi məlumat yayıb.
Bildirilib ki, hədəflər arasında İordaniyada ABŞ qüvvələri tərəfindən istifadə edilən avadanlıq anbarı və qoşunların yerləşdirmə obyektləri olub:
"Həmçinin "Arifcan" bazasında ABŞ-nin mexanikləşdirilmiş batalyonunun yerləşdiyi ərazi və hərbi təchizat zəncirləri ilə strateji cəhətdən əlaqəli olduğu bildirilən "Aluminium Bahrain" də hücumlara məruz qalıb".
