Bu gün:

Rusiya zərbələri Ukraynada itkilərə səbəb olub


Ukrayna rəsmiləri Rusiya Silahlı Qüvvələrinin ölkənin müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində 5 nəfərin həlak olduğunu, 29 nəfərin isə yaralandığını açıqlayıb.

Ukrayna vətəndaşları zərbələr nəticəsində dağılmış evlərinə baxır

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı məlumata görə, Rusiya ordusu hücumlar zamanı “İtalmas”, “Şahad” və “Geran” tipli ümumilikdə 286 ədəd silahlı pilotsuz uçan aparatdan istifadə edib. Bildirilir ki, həmin PUA-ların 260-ı Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Sumi, Xarkov və Dnepropetrovsk vilayətlərinə endirilən zərbələr nəticəsində ümumilikdə 5 nəfərin həlak olduğu, 29 nəfərin isə yaralandığı bildirilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) məlumatında qeyd olunur ki, Xarkov vilayətinə edilən hücumda 3 nəfər həyatını itirib, Sumi bölgəsində isə ən azı 7 nəfər yaralanıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et