“Orion” kosmik gəmisindəki dörd astronavt əsas mühərrikin işə salınmasından sonra Yer orbitindən çıxaraq Ay istiqamətinə doğru hərəkətə başlayıb.
Kosmonavtın kosmos görüntüsü
NASA rəsmisi Dr. Lori Gleyz əməliyyatın “qüsursuz” keçdiyini açıqlayıb. Kapsuldakı kanadalı astronavt Ceremi Hənsen isə heyətin vəziyyətinin stabil olduğunu bildirib. Bununla da 1972-ci ildən bəri ilk dəfə insanlar Yer orbitindən kənara çıxmış olub.
Artemis-2 missiyası çərçivəsində ekipaj Ayın uzaq tərəfinə doğru dairəvi trayektoriya izləyəcək. “Orion”un cazibə qüvvəsinin dəstəyi ilə geri qayıtmazdan əvvəl Aydan təxminən 7 600 kilometr daha uzağa getməsi planlaşdırılır.
NASA bu məsafənin 1970-ci ildə “Apollon-13” tərəfindən qeydə alınmış “Dünyadan ən uzaq məsafə” rekordunu keçə biləcəyini ehtimal edir.
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
