ABŞ-İsrail və İran müharibəsinin beşinci həftəsində Küveytdə su təmizləmə, neft və elektrik obyektləri İrana məxsus pilotsuz uçuş aparatları tərəfindən vurulub.
Küveyt Beynəlxalq Aeroportunda yanacaq çənlərinin vurulmasından sonrakı görüntü
24media.az "BBC" yə istinadən bildirir ki, Mina əl-Əhmədi neft emalı zavodunda pilotsuz uçuş aparatı hücumundan sonra yanğın baş verib.
Küveyt Elektrik və Su Nazirliyi İran tərəfindən elektrik və su təmizləmə obyektlərindən birinə hücum edildiyini və obyektin bəzi hissələrində maddi ziyan yarandığını açıqlayıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində isə vurulan raketin qalıqlarının düşdüyü təbii qaz obyektində yanğın baş verdiyi bildirilib.
Aytac Musayeva
