Bu gün:

İsrail–Livan sərhədində toqquşmalar nəticəsində ölənlərin sayı artıb


İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, cümə günü və şənbəyə keçən gecə Livanın cənubunda Hizbullahla baş verən toqquşmalar zamanı iki israilli hərbçi ağır, yeddi nəfər isə orta dərəcədə yaralanıb.

İsrail Müdafiə Qüvvələrinə məxsus zirehli texnika Livanın cənubunda, İsraillə sərhəd yaxınlığında mövqe tutur - 27 mart 2026

24media.az "The times of İsrael"ə istinadən bildirir ki, İsrail Müdafiə Qüvvələrindən (İDF) verilən məlumata əsasən, cümə günü və şənbəyə keçən gecə Livanın cənubunda Hizbullahla baş verən toqquşmalar zamanı iki israilli hərbçi ağır, yeddi nəfər isə orta dərəcədə yaralanıb.

Məlumata görə, həmin hadisədə iki zabit Hizbullah döyüşçüləri ilə təmas zamanı tank əleyhinə raket atəşi nəticəsində xəsarət alıb. 

İDF-dən əlavə edilən məlumatda Livan ərazisində aparılan əməliyyatlar zamanı, oktyabrdan bəri, yəni İranın ali lideri Əli Xameneinin öldürülməsinə cavab olaraq Hizbullahın İsrailə atəş açmağa başlamasından sonra dörd israilli əsgərin həlak olduğu bildirilib.

Bununla yanaşı, Hizbullah İsrailin şimal bölgələrinə raket atəşini davam etdirir və bu səbəbdən bölgə sakinləri dəfələrlə sığınacaqlara üz tutmalı olublar.

İDF-in məlumatına görə, Livandan İsrailin şimalına doğru buraxılan ən azı iki Hizbullah pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. PUA-lar Hayfa körfəzi də daxil olmaqla İsrailin şimalında həyəcan siqnallarının işə düşməsinə səbəb olub. 

Aytac Musayeva


Paylaş
Şərh əlavə et