Bu gün:

İranın dəstəklədiyi husilər İsrailə raket hücumu həyata keçirib


Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-İsrail və İran arasında müharibənin başlanmasından bəri ilk dəfə olaraq İsrailə qarşı genişmiqyaslı raket zərbələri həyata keçirdiklərini açıqlayıblar.

Silah arxasından husi əsgəri

24media.az "BBC"yə istinadən bildirir ki, qrupun bəyanatında “İsrailin həssas hərbi hədəflərinin” vurulduğu iddia edilir və husilər bu cür hücumları davam etdirəcəklərini bildirirlər. İsrail tərəfi isə Yəmən istiqamətindən buraxılan bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

İranın güclü regional müttəfiqlərindən olan husilərin münaqişəyə birbaşa daxil olması dünya iqtisadiyyatında yeni təhdidlər yarada bilər. Belə ki, silahlı qrupun Qırmızı dənizdə dəniz nəqliyyatını hədəf alma qabiliyyətinə malik olduğu bildirilir.

Qeyd edək ki, husilər özlərini İran tərəfindən maliyyələşdirilən digər qruplar — Livandakı Hizbullah, Qəzza zolağındakı HƏMAS ilə birlikdə “müqavimət oxu” adlandırdıqları ittifaqın bir parçası sayırlar.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et