Bu gün:

Cənubi Livanda raket zərbəsi nəticəsində jurnalistlər və tibb işçiləri həlak olub


İran müharibəsinin şiddətlənməsi fonunda şənbə günü Cənubi Livanda üç jurnalist və doqquz tibb işçisi öldürülüb.

Camal Əl-Qərabi raket zərbəsi nəticəsində ölən həmkarının “PRESS” yazısı olan geyimini tutaraq dayanıb

24media.az "Al Jazeera"yə istinadən bildirir ki, hadisə zamanı bir neçə digər jurnalist də yaralanıb. Eyni zamanda, təcili tibbi yardım maşınlarının da hədəf alındığı, hücum nəticəsində bir tibb işçisinin öldüyü bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb ki, şənbə günü Cənubi Livanda səhiyyə infrastrukturu və təcili tibbi yardıma qarşı beş ayrı hücum nəticəsində daha səkkiz tibb işçisi öldürülüb, yeddi nəfər isə yaralanıb.

İsrail ordusu jurnalistlərin ölümünə səbəb olan hücumu təsdiqləyib, lakin bildirilib ki, Əli Şüəib Hizbullahın kəşfiyyat bölməsi ilə birgə fəaliyyət göstərib və Cənubi Livanda İsrail qoşunlarının mövqelərini izləyib. Ordu, həmçinin onun Hizbullah təbliğatı yaydığını irəli sürüb.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et