Bu gün:

Arılara qarşı gizli təhlükə


Arılar ekosistemin davamlılığı üçün həyati əhəmiyyət daşıyan canlılardır. Son dövrlərdə onların sayının azalması alimləri ciddi şəkildə narahat edib. Aparılan araşdırmalar bu azalmanın səbəbləri arasında yeni təhlükələrin olduğunu göstərib.

Düzce Universtetinin tədqiqatlarına görə, elektromaqnit sahələri arılara birbaşa təsir edir. Xüsusilə baz stansiyaları, Wi-Fi və yüksək gərginlik xətləri arıların genetik quruluşuna və beyin hüceyrələrinə mənfi təsir göstərib. Bu təsirlər arılarda stress yaradıb və onların qida mənbələrini tapmaq qabiliyyətini zəiflədib. Araşdırmalar göstərib ki, elektromaqnit sahələri arılar üçün gizli, lakin ciddi təhlükədir. Bu səbəbdən arı təsərrüfatları belə mənbələrdən uzaqda yerləşdirilməlidir. Arıların qorunması təbiətin və insan həyatının davamlılığı üçün vacibdir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et