Bu gün:

Donald Tramp Tehranla danışıqların davam etdiyini bildirib


ABŞ prezidenti Donald Tramp İranın enerji obyektlərinə yönəlmiş hücumların dayandırılması müddətinin daha 10 gün uzadıldığını açıqlayıb.

O, özünə məxsus “Truth Social” platformasında paylaşdığı bəyanatda Vaşinqton və Tehran arasında danışıqların davam etdiyini bildirib və prosesin “uğurla irəlilədiyini” vurğulayıb.

Tramp qeyd edib ki, İran tərəfinin müraciəti nəzərə alınaraq, enerji infrastrukturlarına qarşı əməliyyatlar müvəqqəti olaraq dayandırılıb və bu qərar 6 aprel 2026-cı il tarixinədək qüvvədə olacaq.

Bununla yanaşı, ABŞ lideri Tehranın danışıqlarda irəliləyişə razı olmaması halında daha sərt addımların atılacağını istisna etməyib. O, əvvəlki çıxışlarında da İranı razılığa gəlməyəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.

Digər tərəfdən, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-nin İrana çoxmaddəli sülh planı təqdim etdiyini təsdiqləsə də, sənədin detalları açıqlanmayıb.

İran rəsmiləri isə yerli mediaya açıqlamalarında ölkənin Hürmüz Boğazı üzərində nəzarətinin qanuni olduğunu vurğulayıblar.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et