Bu gün:

İrandan İsrailə yeni raket hücumu


İran 8 saatlıq fasilədən sonra İsrail ərazisinə yeni raket hücumu həyata keçirib. Hücum əsasən İsrailin cənub bölgələrini hədəf alıb. Hadisə bölgədə gərginliyin davam etdiyini göstərib.

İsrail ordusu raketlərin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərini işə salıb. Hücum təhlükəsi olan ərazilərdə əhaliyə xəbərdarlıq mesajları göndərilib və insanların sığınacaqlara keçməsi istənilib. Berşeva və Negev bölgələrində siren səslərinin eşidildiyi bildirilib, lakin ilkin məlumatlara görə itki qeydə alınmayıb. Bu hadisə İran ilə İsrail arasında qarşıdurmasının davam etdiyini göstərib. Son hücumlar bölgədə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Tərəflər arasında hərbi əməliyyatların yaxın zamanda dayanacağı hələlik gözlənilmir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et