Bu gün:

Tehranın yeni “hədəf siyahısı” açıqlanıb


İran mediası Səudiyyə Ərəbistanı və Küveytin kritik enerji infrastrukturlarını əks etdirən xəritənin hazırda İran Silahlı Qüvvələrinin masasında olduğunu bildirib.

ABŞ və İsraillə İran arasında gərginliyin artdığı bir vaxtda, Tehranın mümkün cavab zərbələrinin istiqamətlərini göstərən bu xəritə bölgədə narahatlıq yaradıb.

İranda fəaliyyət göstərən "Həmşəhri" xəbər portalından verilən məlumata görə, ABŞ və ya İsraildən gələ biləcək hər hansı strateji hücum halında bir sıra Körfəz obyektləri hədəfə çevriləcək.

Məlumata əsasən, hədəf siyahısında aşağıdakı strateji obyektlər yer alır:

1. Küveyt–Səudiyyə Ərəbistanı ortaq neft bölgəsi;

2. Vəfra və Burqan neft yataqları;

3. Əz-Zor və Şuaybe enerji stansiyaları və digər infrastrukturlar.

Bildirilən məlumata əsasən, İran bu obyektlərin hər hansı hücum ssenarisi zamanı cavab zərbələri üçün nəzərdən keçirildiyini açıq şəkildə bəyan edir.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva



Paylaş
Şərh əlavə et