Gürcüstan aprelin 13-dən etibarən ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna (FSC) sədrlik edəcək.

Tbilisi, 26 mart
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Avstriyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, sədrliyin Gürcüstana ötürülməsi martın 25-də forumun son iclası çərçivəsində həyata keçirilib. Həmin vaxta qədər quruma Fransa sədrlik edirdi.
Gürcüstan bu vəzifəni sentyabrın 4-nə qədər icra edəcək, daha sonra isə sədrliyi Böyük Britaniya təhvil alacaq.
Qeyd edək ki, Təhlükəsizlik Əməkdaşlıq Forumu ATƏT-in əsas qərar qəbuletmə platformalarından biri hesab olunur və təşkilata üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Piranə Xasiyeva
