Bu gün:

Donald Trampın İranla danışıqlar barədə açıqlaması Tehran tərəfindən təkzib edilib


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı günü İranla müharibəni dayandırmaq məqsədilə danışıqların “hazırda davam etdiyini” bildirib, lakin İran rəsmiləri bu bəyanatları qəti şəkildə təkzib ediblər.Qlobal bazarlarda neftin ucuzlaşması

24media.az “BBC News”a istinadən xəbər verir ki, Tehran rəsmiləri ABŞ Prezidentinin açıqlamasını “saxta xəbər” adlandıraraq inkar edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, belə iddiaların əsası yoxdur və “heç kim ABŞ diplomatiyasına etibar edə bilməz”.

Ziddiyyətli bəyanatlara baxmayaraq, regiondakı gərginliyin azala biləcəyi ehtimalı qlobal bazarlarda neft qiymətlərinin enməsi ilə nəticələnib.


Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et