ABŞ Prezidenti Donald Tramp İranla “düşmənçiliklərin tam və qəti olaraq sona çatdırılması” mövzusunda son iki gündə müsbət yöndə danışıqların aparıldığını bildirib.
Trampın “Air Force One” təyyarəsinin yanında mətbuat qarşısında çıxışından görüntü
24media.az "BBC"yə istinadən bildirir ki, Tramp bu açıqlamanı "Truth Social" sosial media hesabında yayımlayaraq qarşıdakı beş gün ərzində “İranın elektrik stansiyalarına və enerji infrastrukturuna yönəlmiş bütün hücumları təxirə salacağını” qeyd edib.
Prezident digər müsahibəsində isə “Əgər proses istədiyimiz kimi davam edərsə, məsələni həll etmiş olacağıq. Əks halda, bütün gücümüzlə bombalamağa davam edəcəyik”, – deyə bəyan edib. O əlavə edib: “Onların razılaşma üçün istəkli olduqları kimi biz də razılaşma əldə etmək istəyirik”.
Tramp Memfisdə keçirilən bir tədbirdə çıxışı zamanı İranla uzun müddət danışıqlar apardıqlarını xatırladaraq bu dəfə Tehranın “daha qətiyyətli” göründüyünü deyib. Prezident, həmçinin İranın nüvə silahı əldə etməmək öhdəliyini qəbul etdiyinə inandığını vurğulayıb.
Aytac Musayeva
