ABŞ və İsrailin İrana qarşı müharibəsinin iyirmi beşinci günü:
Neftin qiyməti yenə 100 dolları keçib.
ABŞ Prezienti Donald Tramp Yaxın Şərqdəki münaqişənin "tam və bütöv həlli" ilə bağlı "səmərəli danışıqlar" aparıldığını bildirib.
Tramp deyib ki, İranla "əsas razılaşma nöqtələri" var.
İsrail Müdafiə Qüvvələri Tehrana zərbələr endirdiyini açıqlayıb.
İran qlobal dəniz daşımaları marşrutunun – Hörmüz boğazının "ölkəsinə hücum edənlərdən başqa hərə kəsə açıq olduğunu" bildirib.

24 media.az BBC news-a istinadən xəbər verir ki,neftin qiymətində qalxış müşahidə olunur. Brent markalı neftin qiyməti yenə bir barel üçün 100 dolları ötüb. Bazar ertəsi onun qiyməti kəskin ucuzlaşıb.
Asiya birjalarında çərşənbə axşamı günü səhər saatlarında Brent neftinin qiyməti 3,75 faiz artaraq 103,69 dollara, "Nymex Light Sweet"in qiyməti is' 3,42 faiz yüksələrək 91 dollar 55 sentə çatıb.
Bazar ertəsi Brent markalı neftin qiyməti 10 faizdən çox düşüb.
Buna səbəb ABŞ Prezidenti Donald Trampın münaqişənin daha da kəskinləşməsi kimi qiymətləndirilən yeni İran zərbələrini təxirə salması və tezliklə sülh razılaşmasının mümkün ola biləcəyini deməsi olub.
Neftin yenidən bahalaşması Tehranın ABŞ ilə danışıqlar apardığını inkar etməsi ilə əlaqələndirilir.
Nuray Ədilzadə
