Prezident Donald Trampın son günlərdəki açıqlamaları diplomatik bəyanatlarla diqqəti yayındıran mesajların qarışığını əks etdirib və bir sıra hallarda real vəziyyətlə uyğunlaşmayan iddialarla müşayiət olunub.
Donald Trampın İranla gərginliyi idarə edən qeyri-adi taktikasının pərdəarxası
24media.az “BBC News” saytına istinadən xəbər verir ki, bazar ertəsi səhəri, qlobal maliyyə bazarlarının qeyri-sabitlik yaşadığı bir vaxtda prezident iranlı rəsmilərin ABŞ ilə “konstruktiv” danışıqlar apardığını bildirib.
Bu açıqlama Tramp administrasiyasının İranla artan gərginliyi idarə etməkdə seçdiyi qeyri-adi yanaşmanı nümayiş etdirir. Prezident bir tərəfdən Tehrana qarşı sarsıdıcı hava zərbələri və 48 saatlıq ultimatumla hərbi təzyiq göstərdiyini bəyan edir, digər tərəfdən isə “konstruktiv danışıqların” davam etdiyini vurğulayaraq diplomatik yumşalma mesajları verir.
Nərmin Nəcəfova
