Bu gün:

İranın raket hücumu Aradda dağıntılara səbəb olub


İranın İsrailə qarşı həyata keçirdiyi cavab hücumu zamanı ölkənin cənubunda yerləşən Arad şəhərinə raket düşdüyü və nəticədə yaşayış binalarının zərər gördüyü bildirilib.

İsrailin Baş naziri Benyamin Netanyahu hadisə yerinə gedərək dağıntılarla bağlı araşdırma aparıb və müvafiq qurumlardan vəziyyətə dair operativ məlumat alıb.

Hadisədən sonra bölgədə İranın əməliyyat imkanlarının davam etməsi və xüsusilə Hörmüz boğazındakı təzyiqinin artması fonunda regional balansın necə dəyişdiyi müzakirə olunmağa başlayıb.

ABŞ və İsrailin başlatdığı İranla müharibə bir aya yaxın davam edir. Müharibənin 24-cü günündə Vaşinqton və Təl-Əviv İranın hərbi infrastrukturunun əhəmiyyətli hissəsinin zərərsizləşdirildiyini və ölkənin bir sıra yüksək vəzifəli rəsmilərinin sui-qəsdlər nəticəsində öldürüldüyünü açıqlayır.

Bununla belə, İranın cavab qüvvəsi, özünümüdafiə imkanlarını qoruması və strateji manevr qabiliyyətini saxlaması bölgədə psixoloji və hərbi üstünlüyün hansı tərəfdə olduğu ilə bağlı yeni müzakirələrə səbəb olub.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva


Paylaş
Şərh əlavə et