İspaniyanın Baş naziri Pedro Sançes qlobal gərginliyin artdığı bir vaxtda Hörmüz boğazının açıq saxlanılmasının və Orta Şərqdəki enerji ehtiyatlarının mühafizəsinin vacibliyini vurğulayıb.
Sançes Orta Şərqdə davam edən toqquşmalarla bağlı sosial media hesabında yaydığı açıqlamada bildirib ki, dünya hazırda “qlobal dönüş nöqtəsindən” keçir.
O qeyd edib: "İspaniya hökuməti Hörmüz boğazının açıq qalmasını və Orta Şərqdəki bütün enerji ehtiyatlarının qorunmasını tələb edir. Gərginliyin daha da artması bəşəriyyət üçün uzunmüddətli enerji böhranına səbəb ola bilər. Dünya bu müharibənin nəticələrinə dözməməlidir".
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
