İstanbulun Fatih bölgəsində təbii qazdan qaynaqlandığı ehtimal edilən partlayış nəticəsində yanaşı iki bina çöküb.
Çökən binaların dronla çəkilmiş görüntüsü
Hadisə yerindən verilən məlumatlara görə, dağıntılar altında qalan doqquz nəfər sağ çıxarılıb və onların xəstəxanada müalicəsi davam edir.
Şəhər idarə ofisindən verilən açıqlamaya əsasən, dağıntılar altında qalan digər iki nəfər üçün axtarış-xilasetmə işləri davam etdirilir. Məlumata görə, uçan binalardan biri tək, digəri isə iki mərtəbəli olub.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
