ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını yenidən açması üçün 48 saat vaxt verdiyini açıqlayıb. Əks halda ABŞ-nin İranın enerji infrastrukturunu hədəfə alacağı bildirilib.
Tramp Ağ Evdən ayrılmazdan əvvəl mətbuata açıqlamalar verib
24media.az "Al-Jazeera"yə istinadən bildirir ki, verilən müddətə əsasən, İran ABŞ-ın tələbini 24 mart saat 03:14-ə (Bakı vaxtı ilə 02:44) qədər yerinə yetirməlidir.
İran tərəfi isə mümkün hücum halında Körfəz bölgəsindəki ABŞ ilə əlaqəli enerji obyektlərini hədəf alacağını açıqlayıb.
Tehran, həmçinin bildirib ki, “düşmən” kimi tanımadığı ölkələrə məxsus gəmilər İranla koordinasiya təmin etdikləri halda, Hörmüz boğazından təhlükəsiz keçid edə bilərlər.
Aytac Musayeva
