Bu gün:

İranın İsrailə raket hücumları genişləndirilib


İsrailin cənubunda, nüvə obyektinə yaxın iki şəhərə endirilən İran raket zərbələri nəticəsində 160-dan çox insanın yaralandığı bildirilir. 

Ultra-ortodoks yəhudi İranın raket hücumundan sonra zərər görmüş binaların şəklini çəkib

24media.az "BBC"yə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, şənbə axşamı ballistik raketlərin hədəfə aldığı Arad şəhərində 84, Dimona şəhərində isə 78 nəfər yaralanıb. İsrailin təcili yardım xidməti yaralananların bir qisminin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Dimona şəhərindən təxminən 13 km aralıda yerləşən nüvə tədqiqat obyektinə ziyan dəydiyinə dair məlumatın olmadığını bildirib.

İran dövlət televiziyası hücumların həmin gün İranın Nətənz nüvə obyektinə təşkil edilmiş hücuma cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Bazar günü isə Təl-Əvivə endirilən İran raket zərbəsi nəticəsində azı yeddi nəfərin yaralandığı bildirilib.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et