ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hərbi əməliyyatların üçüncü həftəsində münaqişə daha da mürəkkəbləşərək qeyri-müəyyənlik yaradıb.
ABŞ prezidenti Donald Tramp Floridada
24media.az “BBC News”a istinadən xəbər verir ki, şənbə axşamı "Truth Social" platformasında Tramp vəziyyəti gərginləşdirəcəyi ilə bağlı paylaşım edib.
ABŞ prezidenti müharibənin demək olar ki, tamamilə başa çatdığını desə də, regiona yeni Amerika quru qoşunları, o cümlədən Dəniz Piyadalarının ekspedisiya bölməsi daxil olur. Hücumların səngidiyi bildirilsə də, ABŞ və İsrailin İran hədəflərinə qarşı bombardmanları və raket zərbələri isə hələ də davam edir.
Nərmin Nəcəfova
