Sudanın Şərqi Darfur bölgəsində yerləşən xəstəxanaya edilən dron hücumu nəticəsində azı 64 nəfər həyatını itirib, 89 nəfər yaralanıb.

Əl-Deyn Tədris Xəstəxanası
Hadisə ilə bağlı məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Bildirilib ki, hücum nəticəsində ölənlər arasında uşaqlar və tibb işçiləri də olub.
Sudanda ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişə fonunda baş verən hadisəni sənədləşdirən “Təcili hüquqşünaslar” təşəbbüs qrupu hücumun orduya məxsus dron vasitəsilə həyata keçirildiyini açıqlayıb. Qrupa görə, zərbə Şərqi Darfurda yerləşən Əl-Deyn tədris xəstəxanasını hədəf alıb.
Münaqişə şəraitində mülki infrastrukturun, xüsusilə səhiyyə müəssisələrinin hədəfə alınması beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qiymətləndirilib.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
