ABŞ Prezidenti Donald Tramp İranla müharibənin demək olar bitdiyini açıqlayıb, lakin bölgəyə əlavə qoşunlar göndərilməsi və hücumların davam etməsi vəziyyəti hələ də qeyri-müəyyən saxlayır.

Son üç həftədə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları davam edib. Hörmüz boğazı ətrafında gərginlik artıb. İran isə raket və pilotsuz uçuş aparatları ilə cavab tədbirləri görüb.
Tramp sosial şəbəkədə paylaşımında qeyd edib ki, əsas məqsəd İranın hərbi gücünü zəiflətmək, müdafiə sistemlərini və nüvə proqramını sıradan çıxarmaqdır. Amma əvvəlki kimi rejim dəyişikliyi və ya qeyd-şərtsiz təslim olma tələblərini açıq şəkildə vurğulamayıb.
Eyni zamanda ABŞ administrasiyası müharibə üçün böyük maliyyə vəsaiti tələb etməyə hazırlaşıb. Bu isə münaqişənin qısa müddətdə bitməyəcəyini göstərib və vəziyyət daha da mürəkkəbləşib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
