Qətərin paytaxtı Doha yaxınlığında baş verən helikopter qəzası nəticəsində bir neçə nəfər həyatını itirib. Hadisə yerinə dərhal xilasedici qüvvələr göndərilib.
Xilasetmə işçilərinin hadisə yerindən görüntüsü
24Media.az "Reuters"ə istinadən bildirir ki, helikopter naməlum səbəbdən qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan şəxslərdən bəziləri hadisə yerində həlak olub.
Fövqəladə hallar xidmətləri və təcili yardım briqadaları əraziyə cəlb edilib, yanğın söndürülüb və axtarış-xilasetmə işləri aparılıb.
Rəsmi qurumlar hadisənin səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlayıb. Hazırda qəzanın texniki nasazlıq və ya digər amillərlə bağlı olub-olmadığı dəqiqləşdirilir.
Şehrin Musayeva
