Bu gün:

Nə üçün Avstraliyada təhsil alınmalıdır?


Avstraliya tələbələr üçün böyük tələbatı olan bir yerdir. Əslində, bura beynəlxalq tələbələr üçün 3-cü ən populyar təhsil yeridir. Avstraliyada təhsil almağı seçsəniz, dünyanın hər yerindən gəlmiş yüz minlərlə həmfikir gəncə qoşulmuş olacaqsınız. Gözəl çimərliklərdən tutmuş universitetlərinin keyfiyyətinə qədər Avstraliyada təhsilin əla ideya olmasının bir çox səbəbi var.


1. Aparıcı universitetlerin olması

Avstraliyada dünyanın ən yaxşı universitetlərindən bəziləri var. Əslində, onlardan 4-ü dünyanın ən yaxşı 50 institutu arasındadır.

Avstraliya universitetləri akademik mükəmməlliyə görə güclü nüfuza malikdirlər. Bu o deməkdir ki, Avstraliya dərəcəsi bir çox prestijləri daşıyır və işəgötürənlər buna çox dəyər verirlər.

2. Günəşi, dənizi və qumları

Universitet həyatı təkcə çox oxumaqdan ibarət deyil, həm də əyləncə və istirahət üçün də vaxt lazımdır. Xoşbəxtlikdən, Avstraliya dincəlmək üçün əla yerdir. Onun havası məşhurdur, isti və günəşlidir və dünyanın ən gözəl çimərliklərindən bəzilərinə malikdir. Avstraliyanın əla havası və çimərlik mədəniyyəti sizə üzmək, sörf etmək və bir sıra maraqlı su idman növlərini kəşf etmək üçün böyük imkanlar verəcək.

3. Çoxmədəniyyətli cəmiyyəti

Avstraliyanın son dərəcə qonaqpərvər olmasının başqa bir səbəbi onun geniş xalq kütləsidir. Dünyanın hər yerindən sakinləri olan dünyanın ən multikultural ölkələrindən biridir. Buraya universitet həyatını xüsusilə seçən müxtəlif beynəlxalq tələbələr daxildir.

4. Füsunkar təbiəti

Avstraliya inanılmaz təbii gözəllikləri, heyrətamiz mənzərələri və bənzərsiz vəhşi təbiəti ilə məşhurdur. Siz kenqurular, koala ayıları, vombatlar və dinqolarla tanış ola bilərsiniz, həmçinin görməli çoxlu quşlar, sürünənlər və məməlilər var.

5. Mükəmməl şəhərləri

Avstraliya tələbə həyatı üçün mükəmməl olan bir sıra müstəsna şəhərlərə sahib olmaqdan faydalanır. Əslində, Avstraliya şəhərləri beynəlxalq tələbələr üçün dünyanın ən yaxşı şəhərləri arasındadır. Reytinqlərdə həyat keyfiyyəti, əlçatanlıq və işəgötürənlərin fəaliyyəti kimi amillər əsasında tələbələr üçün dünyanın ən yaxşı 50 şəhərindən 6-sı Avstraliyada olub. Həm Adelaide, həm də Nyukasl universitetləri olan şəhərlər yaşamaq və təhsil almaq üçün fantastik yerlərdir.

Mənbə: Kaplanpathways

Tərcümə etdi: Xədicə Qiyas

 

Paylaş
Şərh əlavə et