Bu gün:

Tunisin cənub sahillərində fırtınaya düşən 116 miqrant xilas edilib


Tunisin cənub sahillərində “Miscar” qaz hasilatı platformasında günlərlə çətin vəziyyətdə qalan 116 miqrant “Ocean Viking” gəmisi tərəfindən xilas edilib. Qeyri-qanuni miqrantlar fırtına zamanı platformaya sığınıblar.


Qahirə, 21 mart


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “SOS Méditerranée” qeyri-hökumət təşkilatı məlumat verib.

Qeyd olunur ki, Tunisin sahil sularında xilas edilən miqrantlar arasında 40 azyaşlı, 13 qadın, bir uşaq və iki körpə olub.


Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et