Bu gün:

İran hökuməti dövlət əleyhinə etirazlar zamanı üç nəfəri edam edib


İran hakimiyyəti yanvar ayında hökumət əleyhinə etirazlar zamanı polis əməkdaşlarını qətlə yetirməkdə ittiham olunan üç nəfərin edam edildiyini açıqlayıb.

İran dövlət mediası tutulan üç nəfərin məhkəməsində çəkilmiş görüntüləri yayımlayıb

24media.az "Al Jazeera"yə istinadən bildirir ki, edam olunanlar arasında gənc güləşçi Saleh Məhəmmədi də olub. 

Hadisə cümə axşamı səhər saatlarında ölkənin şimalında yerləşən Qum vilayətində baş tutub. "Tasnim" xəbər agentliyindən əldə edilən məlumata görə, edamlar İran Ali Məhkəməsinin hökmü qüvvədə saxlamasından sonra icra edilib.

Dekabrda başlayaraq yanvarda genişlənən etirazlar hakimiyyət tərəfindən sərt şəkildə yatırılıb. Hüquq-müdafiə təşkilatları minlərlə dinc etirazçının öldürüldüyünü bildirir.

Hüquq qruplarının məlumatına görə, edam edilən üç nəfər işgəncə altında etiraf almağa məcbur edilib və ədalətli mühakimə hüququndan məhrum olunub.

Aytac Musayeva




Paylaş
Şərh əlavə et