Bu gün:

"Grok" qərəz iddiaları ilə gündəmdə


"Grok" son dövrlərdə verdiyi cavablarla müzakirə mövzusuna çevrilib. X platformasında fəaliyyət göstərən bu süni intellekt aləti müharibə xəbərlərinə fərqli yanaşma sərgiləyib. İstifadəçilər isə onun cavablarını çox vaxt tam doğru kimi qəbul ediblər. Bəzi hallarda Grok İsrail və ABŞ ilə bağlı görüntüləri “saxta” və ya “köhnə” kimi qeyd edib. Lakin İranla bağlı paylaşımlarda daha çox təsdiqləyici mövqe göstərib. Bu fərqli yanaşma informasiyanın düzgünlüyü ilə bağlı ciddi suallar yaradıb. Grok-un “doğrulama vasitəsi” kimi istifadə edilməsi risklidir. Yanlış məlumatlar sürətlə yayılaraq insanları çaşdıra bilər. Bu səbəbdən məlumatı yoxlayarkən etibarlı mənbələrə üstünlük vermək vacibdir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

 

Paylaş
Şərh əlavə et