Bu gün:

Yaxın Şərqdə enerji infrastrukturuna hücumlardan sonra neftin qiyməti artıb


Yaxın Şərqdə, xüsusilə Qətərdəki əsas təbii qaz müəssisəsinə edilən hücumlardan sonra qlobal enerji bazarlarında qiymətlər sürətlə artıb.

İranda yerləşən Cənubi Pars Qaz Sahəsinin 2016-cı ildə çəkilmiş fotosu

24media.az "BBC"yə istinadən bildirir ki, Böyük Britaniya və Avropada bazarlar açılmadan öncə təbii qazın qiyməti təxminən 25 faiz yüksəlib, daha sonra qismən geriləmə müşahidə olunub. Avropa qaz qiymətləri isə 28 fevralda ABŞ və İsrailin İrana qarşı hücumlarına başlanandan bəri iki dəfədən çox artıb.

Brent markalı neftin qiyməti bir müddət barel üçün 119 dollara qədər yüksəlib, daha sonra düşüb.

Böyük Britaniyada təbii qazın qiymətində də 25 faizlik artım qeydə alınıb.

Enerji bazarındakı dalğalanma dünyanın ən böyük qaz yataqlarından biri sayılan İranın Cənubi Pars kompleksi üzərinə 18 mart hücumundan sonra daha da sürətlənib.

Tehran buna cavab olaraq, Qətərdə yerləşən və dünyanın ən böyük LNG ixrac mərkəzlərindən biri olan Ras Lafan obyektinə zərbə endirib. Obyektə ciddi şəkildə ziyan dəyməsi qlobal enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.

Aytac Musayeva 


Paylaş
Şərh əlavə et