Bu gün:

ABŞ hakimi Tramp administrasiyasına göstəriş verib


ABŞ-də hakim keçən il "Amerikanın Səsi"nin faktiki olaraq bağlanmasını "qanunsuz" hesab edib və yüzlərlə jurnalistinin işinə bərpa olunmalı olduğu barədə qərar çıxarıb.”Amerikanın Səsi" (VOA) mənzil-qərargahı

24media.az “BBC News”saytına istinadən xəbər veribki, "Amerikanın Səsi" İkinci Dünya Müharibəsi zamanı nasist təbliğatına qarşı mübarizə aparmaq üçün yaradılıb.

Dairə Məhkəməsinin hakimi Roys Lambert beynəlxalq yayımçının yenidən efirə qayıtması üçün rəsmi qurumlara bir həftə vaxt verib.

ABŞ qanunvericiliyinə görə, dövlət tərəfindən maliyyələşən VOA kimi qurumlar və hökumət arasında "firewall" adlanan hüquqi sədd var. Bu prinsip siyasətçilərin xəbər məzmununa müdaxilə etməsini qadağan edir. Məhkəmə qərarı əslində bu prinsipin pozulmasına qarşı atılan bir addımdır.


Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et