ABŞ Ukrayna da daxil olmaqla bir neçə ölkədə partlayıcı sursat və təhlükəli materialları təmizləmək üçün podratçılar axtarıb. Onlar sursat və partlayıcı maddələrin, eləcə də kimyəvi və bioloji silah komponentlərinin utilizasiyasından məsul olacaqlar.
Ukrayna Silahlı Qüvvələrinin hərbçisi
24media.az News.ru saytına istinadən xəbər verir ki, plan torpaqları və suları təmizləməkdir. Potensial podratçılardan müraciətlər 31 mart tarixinə qədər qəbul edilib. Ukrayna ilə yanaşı, Əfqanıstan, İraq, Yaponiya, İordaniya, Küveyt, Livan, Polşa və Cənubi Koreyada da təmizləmə işləri planlaşdırılıb.
Daha əvvəl ABŞ konqresmeni Maykl Makkol Ukraynanın qabaqcıl silahların sınaq laboratoriyasına çevrildiyini bildirib. Konqresdəki dinləmələr zamanı o, həmçinin Kiyevə İranla qarşıdurmada ABŞ ordusuna kömək etdiyinə görə təşəkkür edib.
Rusiyanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatındakı (KSQT) daimi nümayəndəsi Vladimir Tarabrin daha əvvəl bildirib ki, Rusiyanın əlində Ukraynanın kimyəvi silahlardan istifadə ilə bağlı təxribatlar hazırladığı barədə məlumatlar var. Bu hərəkətlərin məqsədi sonradan Rusiya silahlı qüvvələrini günahlandırmaqdır.
Əli Balayev
