Bu gün:

Şri-Lanka yanacağa qənaət üçün çərşənbələri istirahət günü elan edib


Şri-Lanka hökuməti yanacaq çatışmazlığı riskinə görə dövlət müəssisələrində hər çərşənbə gününü istirahət günü elan edib. Bu qərar ABŞ və İsrailin İranla müharibəsi fonunda neft qiymətlərinin artması səbəbindən qəbul olunub.

Prezident Anura Kumara Dissanayake bildirib ki, ölkə ən pis ssenariyə hazır olmalıdır. Hormuz boğazında nəqlin çətinləşməsi Asiyaya neft tədarükünü ciddi şəkildə azaldıb.

Digər Asiya ölkələri də qənaət tədbirləri görür. Taylandda insanlar kondisionerdən az istifadə üçün daha yüngül geyimlərə çağırılır, Myanmarda isə avtomobillərin növbəli istifadəsi tətbiq olunur. Banqladeşdə planlı elektrik kəsintiləri edilir.


Filippində dövlət işçilərinin qismən evdən işləməsi tətbiq olunub, Vyetnam isə vətəndaşları daha az səyahət etməyə və ictimai nəqliyyatdan istifadə etməyə çağırır.

Şri-Lankada həmçinin yanacaq limiti tətbiq edilib və vətəndaşlara müəyyən həcmdə benzin verilir. Bu addımlar ölkənin enerji böhranının qarşısını almaq məqsədi daşıyır.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva



Paylaş
Şərh əlavə et