İsrail Müdafiə Qüvvələri (İDF) İranın infrastrukturuna endirilən zərbələrin miqyasını genişləndirdiyini və İranın qərb və mərkəzi hissələrində daha çox ərazisini hədəfə aldığını açıqlayıb.

İranlı cütlük Qüds günü yürüşünə gedərkən ABŞ və İsrailin hücumundan dağılmış binanın qarşısından keçir. Tehran, İran.
24 media.az BBC news-a istinadən xəbər verir ki, İDF-in məlumatına görə, məqsəd "komanda və idarəetmə imkanlarını zəiflətmək"dir.
Eyni zamanda, qurum İsrail Hərbi Hava Qüvvələrinin bazar günü əvvəlcə İranın qərbində yerləşən Həmədandakı ordunun qərargahlarını hədəf alan zərbə dalğasını tamamladığını bildirib.
İDF bildirib ki, onlar İran İslam İnqilabı Keşikçiləri Korpusuna və Bəsic qüvvələrinə məxsus bir neçə mühüm qərargaha zərbə endiriblər.
Ordu bildirir ki, bu zərbələr "İran rejiminin əsas əməliyyat sistemlərinə və təməl infrastrukturuna vurulan ziyanın dərinləşdirilməsinə yönəlmiş davamlı səylərin bir hissəsidir".
İran tərəfi hərbi qərargahların hədəfə alınması barədə xəbərə hələ münasibət bildirməyib.
Nuray Ədilzadə
