İranın Körfəz nəqliyyatını və neft infrastrukturunu hədəf almağa davam etməsi fonunda, Birləşmiş Ərəb Əmirliklərinin ən böyük limanı və neft saxlama mərkəzi olan Füceyrə, həmçinin Dubay Beynəlxalq Hava Limanı növbəti dron hücumlarına məruz qalıb.
Füceyrə neft sənayesi zonası üzərində İran dronu zərərsizləşdirildikdən sonra yaranan tüstü
24media.az “BBC News” saytına istinadən xəbər verir ki, bazar ertəsi günü hava limanı yaxınlığında "dronla bağlı insident"dən sonra yanğın baş verdiyi üçün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Regionun ən böyük neft saxlama obyektlərindən biri olan Füceyrədəki strateji əhəmiyyətli liman və sənaye zonasında da dron hücumundan sonra yanğın genişlənib.
Füceyrə dünyada neft doldurma (bunkering) üzrə Sinqapurdan sonra 2-ci ən böyük mərkəzdir. Onun əsas özəlliyi Hörmüz boğazından kənarda yerləşməsidir. İran Hörmüz boğazını bağlayacağı təqdirdə BƏƏ bu liman vasitəsilə nefti birbaşa Okeana çıxara bilib. Bu hücum isə həmin "təhlükəsiz qapı"nın hədəf alınması kimi qiymətləndirilib.
Nərmin Nəcəfova
