Bu gün:

Qazaxıstanın yeni Konstitusiyası üzrə referendumda səsvermə başa çatıb


Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumda səsvermə başa çatıb və səslərin sayılmasına başlanılıb.

Astana, 15 mart, Şəkil AZƏRTAC-a məxsusdur.

24media.az AZƏRTAC-a istinadən bildirir ki, səsvermə yalnız xarici ölkələrdə davam edir.


Xatırladaq ki, bu gün Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumu keçirilib. Prezident Kasım-Jomart Tokayev müvafiq fərmanı 11 fevralda imzalayıb. Vətəndaşlardan “Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?” sualına cavab vermələri istənilib.


Layihəyə əsas düzəlişlər 145 deputatdan ibarət birpalatalı parlamentin - Kurultayın təsis edilməsi, vitse-prezident institutunun və Qazaxıstan Xalq Şurasının yaradılmasını əhatə edib. Referendum iştirakçılarının siyahısına ümumilikdə 12.461.796 vətəndaş daxil edilib.

Paylaş
Şərh əlavə et