Bu gün:

ABŞ digər ölkələrdən Hörmüzlə bağlı dəstək gözləyir


ABŞ digər ölkələrin Hörmüz boğazı ilə bağlı Amerikanın səylərini dəstəkləməsini gözləyir.

ABŞ-nin Enerji katibi Kris Rayt

AZƏRTAC-ın məlumatına istinadən 24media.az bildirir ki, bu sözləri ABŞ-nin enerji katibi Kris Rayt deyib. O bildirib ki, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılmasına qarşı Trampın döyüş gəmiləri göndərməsini ümid etdiyi bəzi ölkələrlə dialoqda olub. Kris Rayt hansı ölkələrlə danışıqlar aparıldığını açıqlamayıb.


O qeyd edib ki, bir çox digər ölkələr, xüsusən də Asiya ölkələri ABŞ-yə nisbətən boğazdan keçən enerji təchizatından daha çox asılıdır. "Əlbəttə ki, bütün dünya Hörmüzün açılması üçün birləşəcək və bu məqsədə çatmaq üçün digər ölkələrin dəstəyini qazanacağıq", - deyə ABŞ-nin enerji katibi bildirib.


Səidə Abasova

Paylaş
Şərh əlavə et