İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsinin enerji obyektlərinə hər hansı hücum olacağı təqdirdə, Tehran buna cavab olaraq regiondakı ABŞ şirkətlərini hədəfə ala bilər.
24media.az "BBC"yə istinadən bildirir ki, bu açıqlama ABŞ Ordusunun İran üçün strateji əhəmiyyət daşıyan Xarq adasını hədəf almasının ardından verilib.
İranın rəsmi mediasının məlumatına görə, ABŞ adadakı hava müdafiə sistemlərini, bir dəniz bazasını, hava limanının idarəetmə qülləsini və helikopter anbarını vurub. Lakin neft infrastrukturu ciddi zərər görməyib.
Ətirə İbayeva
