İsrail yerli mediasında dərc olunan xəbərlərə görə, İran hakimiyyəti ölkənin şimal-qərbində İsraillə əməkdaşlıqda şübhəli bilinən azı 20 nəfər həbs olunub.
İslam İnqilabı meydanında İran polis əməkdaşları Ayətullah Əli Xamenei plakatlarının yanında keşik çəkir - 14 Mart 2026
24media.az "BBC"yə istinadən bildirir ki, əməliyyat ABŞ-İsrail ilə İran arasındakı müharibənin iki həftədən çox davam etdiyi bir vaxtda həyata keçirilib.
Fars agentliyinin məlumatına əsasən, həbslər Qərbi Azərbaycan əyaləti ərazisində İsraillə əlaqəli şəbəkələrə qarşı polisin qəfil əməliyyatı zamanı baş verib. Agentlik əyalət prokuroru Hüseyn Məcididən sitat gətirərək bildirib ki, onların “hərbi, hüquq-mühafizə və təhlükəsizlik obyektləri barədə məlumatları sionist düşmənə ötürdüyü" iddia edilir.
Bundan əlavə, rəsmi İRNA agentliyi bazar günü daha bir şəxsin saxlanıldığını bildirib. Həmin şəxsin London mərkəzli müxalifət yönlü İran beynəxalq telekanalına məlumat ötürdüyü qeyd olunur.
Aytac Musayeva
