Bu gün:

İranın İsrailə raket hücumları nəticəsində xəsarət alanların sayı artıb


İranın şənbə gecəsi və bazar gününə keçən saatlarda İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində azı səkkiz nəfər yaralanıb. 

Beney Brak şəhərində İsrail təhlükəsizlik və xilasetmə qüvvələri hadisə yerində - 15 Mart 2026

24media.az "The Times of İsrael"ə istinadən bildirir ki, İran, həmçinin Fars körfəzi boyunca yerləşən ölkələrə qarşı hücumlarını davam etdirdiyi bir vaxtda, İsrail Müdafiə Qüvvələri ölkənin qərbində İran rejiminə aid hərbi infrastrukturun hədəfə alındığını bildirib.

İran tərəfindən atılan raket mərkəzi İsrailin geniş bir hissəsinə kaset bombası sursatları səpib, nəticədə, dörd nəfər yaralanıb.

Günün əvvəlində, günorta saatlarına yaxın baş verən hücumda daha iki nəfər yüngül yaralanıb. Xilasetmə xidmətinin məlumatına görə, hər ikisi 50 yaşlarında olan bu şəxslər mərkəzi İsraildə kaset başlıqlı raketin sursat yayması nəticəsində xəsarət alıblar. Bir neçə ərazidə dağıntılar və yanğınlar qeydə alınıb.

Bazar günü səhər İsrail Səhiyyə Nazirliyi açıqlayıb ki, son 24 saat ərzində İranla gərginlik fonunda ümumilikdə 108 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağır, 96 nəfərin vəziyyəti isə qənaətbəxşdir. Doqquz nəfər panik-atak və təşviş səbəbilə müalicə alıb. Xəsarət alanlar arasında sığınacaqlara qaçarkən yıxılanlar, həmçinin hərbçilər də var.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et