Bu gün:

İsrailin Livana hücumu nəticəsində 14 nəfər həyatını itirib


İsrailin Livanın cənubuna təşkil etdiyi hava hücumları nəticəsində çox sayda insan həyatını itirib. 

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Livanın cənubunda baş verən hadisə nəticəsində 14 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Ölənlər arasında 4 uşağın olduğu bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı hələlik bütün məlumatlar açıqlanmayıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova




Paylaş
Şərh əlavə et