Rəsmi mənbələrin məlumatına əsasən, Vaşinqton administrasiyasının Yaxın Şərqə əlavə dəniz piyadaları və hərbi gəmilər yerləşdirməsi gözlənilir.
Taylandda keçirilən təlimdə iştirak edən ABŞ Dəniz Piyadaları
24media.az "BBC"yə istinadən bildirir ki, rəsmilərin sözlərinə görə, əlavə qüvvələr amfibiya döyüş qrupu və onun tərkibində fəaliyyət göstərən Dəniz Piyadalarının kəşfiyyat bölməsindən ibarət olacaq. Mənbələrdən biri bu birliyin Yaponiyada yerləşən “USS Tripoli” amfibiya hücum gəmisinin komandanlığı altında fəaliyyət göstərəcəyini bildirib.
“USS Tripoli”nin rəhbərlik etdiyi birlik ümumilikdə təxminən 5 min dənizçi və müxtəlif hərbi gəmilərdə yerləşdirilmiş dəniz piyadalarından ibarətdir.
Əlavə qüvvələrin göndərilməsi ilə bağlı məlumatlar ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazında yerləşən Hark adasındakı bütün hərbi hədəflərin vurulduğunu açıqladığı bir vaxta təsadüf edib.
Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından keçməyə çalışan gəmiləri nə vaxt müşayiət etməyə başlayacağı ilə bağlı suala cavabında “tezliklə olacaq” deyə bildirib.
Aytac Musayeva
