Avropa Qar Uçqunu Xəbərdarlıq Xidmətlərinin məlumatına görə, mövsüm ərzində dağlarda artıq 100-dən çox insan həyatını itirib. Bu göstərici son səkkiz ildə qeydə alınan ən yüksək rəqəmlərdən biri hesab olunub.

Mütəxəssislər bildiriblər ki, uçqunların çoxalmasının əsas səbəblərindən biri dəyişən hava şəraiti və iqlim dəyişikliyi olub. Dağ patrul xidmətinin əməkdaşları qışın əvvəlində qarın az, sonradan isə birdən çox yağmasının qar qatını qeyri-sabit hala gətirdiyini deyiblər.
Digər səbəb kimi bəzi xizək sürənlərin dağ şəraitinə kifayət qədər hazır olmaması göstərilib. Xilasetmə qrupları qeyd edib ki, bir çox xizəkçi uçqun zamanı yerini müəyyən edən cihaz və digər təhlükəsizlik avadanlıqları olmadan təhlükəli ərazilərə gedib.
Xilasetmə xidmətlərinin məlumatına görə, qar altında qalan şəxsin ilk 16 dəqiqə ərzində tapılması həyati əhəmiyyət daşıyıb. Əgər xizəkçi üzərində yerini göstərən xüsusi cihaz daşıyıbsa, sağ qalma ehtimalı təxminən 70 faiz olub, cihaz olmadıqda isə bu göstərici 20 faizə qədər düşüb.
Mütəxəssislər dağların görülməli və macəra dolu məkan olduğunu vurğulasalar da, turistləri təhlükəsizlik qaydalarına əməl etməyə və riskli ərazilərə hazırlıqsız getməməyə çağırıblar.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
