İsrailin Livana qarşı ardıcıl genişmiqyaslı hava hücumları Beyrut və ölkənin cənub bölgəsində 15-dən çox insanın ölümünə səbəb olub.

Ramlet əl-Bayda ərazisinə İsrail hücumu zamanı yaranmış izdiham - 12 Mart 2026
24media.az "Al Jazeera"yə istinadən bildirir ki, Livan Səhiyyə Nazirliyindən verilən məlumata görə, çərşənbə axşamı İsrailin “ikiqat zərbə” adlandırılan hücumu Beyrutun Ramlet əl-Bayda sahilində zərbələrdən qaçaraq çadırlarda sığınan ailələri hədəf alıb. Hücum nəticəsində səkkiz nəfər ölüb, 31 nəfər yaralanıb.
Livan Milli Xəbər Agentliyindən (NNA) bildirilən məlumata əsasən, İsrail ordusu Livanın cənubunda və ölkənin digər bölgələrində həyata keçirdiyi hücumlarda daha bir neçə nəfərin ölümünə səbəb olub.
Livan Səhiyyə Nazirliyindən daha əvvəl bildirilib ki, paytaxtdan təxminən 10 kilometr cənubda yerləşən Aramoun qəsəbəsinə edilən İsrail hava hücumu nəticəsində üç nəfər həlak olub, bir uşaq isə yaralanıb.
Bundan əlavə, Sur yaxınlığındakı Marakah–Sur kəsişməsində hədəf alınan dörd mərtəbəli binaya endirilən İsrail hava zərbəsi nəticəsində daha iki nəfərin də öldüyü bildirilib.
Qyed edək ki, Livan səhiyyə rəsmilərinin açıqlamasına görə, 28 fevraldan bəri İsrail hücumlarında ölənlərin ümumi sayı 634-ə yüksəlib.
Aytac Musayeva
